Ana Sayfa > Karusel / Dünya > Qalibaf: ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir

Qalibaf: ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir


Dünən, 22:27. Yazar: Admin

Məhəmməd Bager Qalibaf

 

İranın dəniz blokadasının davam etməsi və İsrailin Livana yeni hücumları regiondakı ABŞ və İsrail bazalarına cavab zərbələri endirmək üçün İran Silahlı Qüvvələrinin əl-qolunu açır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf "X" hesabında yazıb

Onun sözlərinə görə, İranın dəniz blokadası və ABŞ-ın bu gün İsrailə Livana zərbələr endirmək üçün yaşıl işıq yandırması regiondakı Amerika və İsrail bazaları və aktivlərini qanuni hədəfə çevirir.

O vurğulayıb ki, ABŞ və İsrail öz hərəkətləri ilə gücdən başqa heç bir dili başa düşmədiklərini nümayiş etdiriblər.


Geri dön