Ana Sayfa > Karusel / Region > Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb 

Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb 


Bu gün, 21:17. Yazar: Admin

Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB

Ermənistanda növbədənkənar parlament seçkiləri üzrə səsvermə yekunlaşıb.

Ermənistan mediasının məlumatına görə, yerli vaxtla saat 08:00-da açılan seçki məntəqələri saat 20:00-da bağlanıb. Hazırda məntəqə seçki komissiyalarının üzvləri səslərin sayılmasına başlayıblar.

İlkin nəticələrin gecə saat 00:00 radələrində açıqlanacağı gözlənilir.

Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, saat 17:00-a olan vəziyyətə görə seçici fəallığı 48,92 faiz təşkil edib.

MSK sədri Vaaqn Ovakimyan seçici fəallığı ilə bağlı məlumatları saat 21:00-da açıqlayacaq.


Geri dön