Ana Sayfa > Karusel / Gündəm > "Boeing" ötən ili rekord 12 mlrd. dollarlıq zərərlə başa vurub

"Boeing" ötən ili rekord 12 mlrd. dollarlıq zərərlə başa vurub


27-01-2021, 17:44. Yazar: Admin

"Boeing" ötən ili rekord 12 mlrd. dollarlıq zərərlə başa vurub

"Boeing" korporasiyası 2020-ci ili 11,9 mlrd. ABŞ dolları həcmində zərərlə bitirib ki, bu da rekord göstərici hesab olunur.Qarabaqinfo.az-a"Reuters"ə istinadən verdiyi məlumata görə, bunun əsas səbəbləri kimi, yeni 777X təyyarəsinin buraxılışının təxirə salınması və həmin proqramın gecikməsinə görə 6,5 mlrd. dollar dəyərində borclanması göstərilir. Korporasiyanın məhsullarına tələbat COVID-19 pandemiyası fonunda kəskin azalıb və ilkin məlumatlara görə, 777X-in buraxılışı 2023-cü ilədək təxirə salınıb.

Qeyd edək ki, 2020-ci ilin IV rübündə "Boeing"in xalis zərəri 8,4 mlrd. dollara bərabər olub, bu da illik müqayisədə 8,4 dəfə çoxdur. Ötən ilin IV rübündə satışlardan əldə olunan gəlirlər 15% azalaraq 15,3 mlrd. dollar təşkil edib


Geri dön