Ana Sayfa > Karusel / Region > İranın Xarq adası yaxınlığında partlayış olub

İranın Xarq adası yaxınlığında partlayış olub


Bu gün, 13:57. Yazar: Admin

İranın Xarq adası yaxınlığında partlayış olub

İranın Xarq adası yaxınlığında partlayış səsi eşidilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Partlayışın dəqiq yeri və mənbəyi məlum deyil, lakin onun adanın kənarında baş verdiyi güman edilir.

“Tasnim” xəbər agentliyi isə Xarq adası yaxınlığında baş verən partlayışın partlayıcı sursatların zərərsizləşdirilməsi ilə əlaqəli ola biləcəyini yazıb.

Agentlik qeyd edib ki, partlayışlar nəzarət altına alınıb və həyəcan üçün heç bir səbəb yoxdur.


Geri dön