“Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır”.
Qarabaginfo.az xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna Azov dənizində dronun vurduğu gəminin Azərbaycan vətəndaşı olan bosmanı Rəşad Mədətxanov bildirib.
Xəsarət alan digər həmyerlimiz Samid İbadlı onlara göstərilən xidmətin yüksək səviyyədə olduğunu deyib: “Bizə yaxşı xidmət edirlər. Burada yaşayan azərbaycanlılar da bizə baş çəkir”.
Emin Valehov isə yaralı olsa da, özünü yaxşı hiss etdiyini bildirib: “Həmvətənlilərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır”.
Digər yaralı Namiq Cəfərli də onlara olan diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə, diaspora təşəkkürlərini çatdırıb.