Ana Sayfa > Karusel / Dünya > Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub6-06-2026, 17:41. Yazar: Admin |
|
Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında güclü yanğın baş verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə diyarın təcili yardım qərargahı məlumat yayıb. Ust-Labinskdəki neft anbarına PUA hücumu nəticəsində baş verən yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən 54 texnika cəlb olunub. Məlumata görə, neft anbarında yanğın təxminən 5000 kvadratmetr sahəni əhatə edir. Hücum nəticəsində ölüm faktı qeydə alınmayıb. Geri dön |