“Nar” pandemiya dövründə onlayn formatda təhsil alan şagird və tələbələrin, eləcə də müəllimlərin dərslərə istənilən məkandan rahatlıqla qoşula bilməsi üçün “TƏHSİL+” internet paketini təqdim edib. Şirkətdən Qarabaqinfo.az-a verilən məlumata görə, yeni internet paketi ilə “Microsoft Teams”, həmçinin də “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.
Bu paket çərçivəsində abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim olunur. Qeyd edək ki, “TƏHSİL+” internet paketinin üstünlüklərindən biri də “hotspot” funksiyası vasitəsilə internetin paylaşıla bilən olmasıdır. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya “777” nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər.
“Nar” uzunmüddətli KSM strategiyası çərçivəsində ölkədə təhsilin inkişafını dəstəkləyən bir çox sosial layihələr həyata keçirir. Təqdim olunan yeni internet paketi də ictimai izolyasiya dövründə təhsil prosesində iştirak edən şagird və tələbələrə, eləcə də müəllimlərə dəstək məqsədilə yaradılıb. “TƏHSİL+” internet paketi haqqında daha ətraflı məlumatla şirkətin rəsmi