Ana Sayfa > Karusel / İqtisadiyyat > "Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq

"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq


Bu gün, 09:41. Yazar: Admin

"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artımının 2026-cı ildə 2% təşkil edəcəyini proqnozlaşdırır.
Qarabaginfo.az xəbər verir ki, agentlik 2025-ci ilin iqtisadi artım səviyyəsindən sonra real ÜDM-də artımın bu il nisbətən sürətlənəcəyini bildirib.

“Fitch”in qiymətləndirməsinə görə, ehtiyatlı fiskal siyasət və kreditləşmənin nisbi artımı enerji qiymətlərinin yüksəlməsinin təsirləri ilə tarazlaşacaq.

Agentlik qeyd edib ki, neft hasilatının struktur azalması orta müddətli dövrdə iqtisadi artım üçün əsas çağırışlardan biri olaraq qalır.

"Fitch" həmçinin, Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 6,1%-ə yüksələcəyini proqnozlaşdırır. Agentliyin fikrincə, logistika xərclərinin, ərzaq qiymətlərinin və tənzimlənən tariflərin artması inflyasiyaya təzyiq göstərəcək.


Geri dön