Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var
Ana Sayfa > Karusel / Siyasət > Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var

Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var


Dünən, 23:08. Yazar: Admin

Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum edilib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Krımın qərbində, Sevastopol sahilləri yaxınlığında Türkiyə bayrağı altında fəaliyyət göstərən “DURU 67” adlı balıqçı gəmisinə hücum olub.

Hadisə nəticəsində gəmidə olan bir balıqçı həlak olub, daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Türkiyə rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıb. Hücumun hansı şəraitdə baş verdiyi və məsul tərəfin kimliyi barədə hələlik əlavə məlumat verilməyib.


Geri dön