Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Merz ABŞ hərbçilərinin Almaniyadakı gələcəyini Trampla müzakirə etmək niyyətindədir
Ana Sayfa > Karusel / Dünya > Merz ABŞ hərbçilərinin Almaniyadakı gələcəyini Trampla müzakirə etmək niyyətindədir

Merz ABŞ hərbçilərinin Almaniyadakı gələcəyini Trampla müzakirə etmək niyyətindədir


Dünən, 23:01. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Fridrix Merz

 

Almaniya kansleri Fridrix Merz ABŞ hərbçilərinin Almaniyadakı mövcudluğu ilə bağlı vəziyyəti ABŞ Prezidenti Donald Trampla qarşıdakı G7 və NATO sammitlərində müzakirə etməyi planlaşdırır.

Qarabaginfo.az Almaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Monteneqronun Tivat şəhərində keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Bu məsələni iki həftədən sonra Fransanın Evian şəhərində keçiriləcək G7 görüşündə qeyri-rəsmi şəkildə, daha sonra isə NATO-nun Ankara sammitində rəsmi formatda Amerika administrasiyası və ABŞ prezidenti ilə müzakirə etmək imkanımız olacaq”, – deyə kansler vurğulayıb.

Merz qeyd edib ki, Avropa və ABŞ qarşılıqlı təhlükəsizlik öhdəliklərini birlikdə yerinə yetirməlidir.

“Biz bir-birimizin təhlükəsizliyini təmin edirik. Bu prinsip həm Avropaya, həm də Amerikaya şamil olunmalıdır”, – deyə o bildirib.

Almaniya kansleri əlavə edib ki, Berlin ABŞ-ı Avropa qitəsindəki hərbi mövcudluğunu qoruyub saxlamağın vacibliyinə inandırmağa çalışacaq.


Geri dön