Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Portuqaliya Prezidenti dövlət başçısı İlham Əliyevə təbrik ünvanlayıb
Ana Sayfa > Karusel / Siyasət > Portuqaliya Prezidenti dövlət başçısı İlham Əliyevə təbrik ünvanlayıb

Portuqaliya Prezidenti dövlət başçısı İlham Əliyevə təbrik ünvanlayıb


Dünən, 21:52. Yazar: Admin

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequru

 

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə şəxsi rifah arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıqla bağlı xoş diləklərimi bildirirəm.

Ölkənizin bütün vətəndaşları və dostları üçün çox əhəmiyyətli olan bu gündə Portuqaliyanın dövlətlərimizi və xalqlarımızı birləşdirən ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıram. Portuqaliyanın Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasının bu məqsədə mühüm töhfə verəcəyinə ümidvar olduğumu qeyd edirəm.

Cənab Prezident, səmimi təbriklərimi bir daha təkrarlayaraq, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Geri dön