Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Hizbullah”la toqquşmada İsrailin yüksək rütbəli komandiri və daha 2 zabiti yaralanıb
Ana Sayfa > Karusel / Dünya > “Hizbullah”la toqquşmada İsrailin yüksək rütbəli komandiri və daha 2 zabiti yaralanıb

“Hizbullah”la toqquşmada İsrailin yüksək rütbəli komandiri və daha 2 zabiti yaralanıb


Dünən, 21:42. Yazar: Admin

“Hizbullah”la toqquşmada İsrailin yüksək rütbəli komandiri və daha 2 zabiti yaralanıb

Bu gün İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək rütbəli komandiri və daha bir zabiti “Hizbullah”la toqquşma zamanı yaralanıb, digər bir zabit isə dron zərbəsi nəticəsində xəsarət alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Məlumata görə, atışmada yaralanlardan birinin vəziyyəti ağırdır. Ağır yaralanan zabit dərhal helikopterlə xəstəxanaya çatdırılıb, bölmə komandiri olan polkovnik-leytenant isə yüngül xəsarət alıb və bir neçə saat sonra hospitala aparılıb.

İsrail ordusu bildirib ki, hərbiçilər ərazidə axtarış əməliyyatları apararkən “Hizbullah” döyüşçülərinin müqaviməti ilə üzləşib.

Eyni zamanda, ayrı bir insidentdə İsrail ordusunun zabiti Livanın cənubunda “Hizbullah”a məxsus olduğu ehtimal edilən partlayıcı dronun hücumu nəticəsində ağır yaralanıb.


Geri dön