Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir
Ana Sayfa > Karusel / Dünya > Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir

Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir


Dünən, 21:42. Yazar: Admin

Rusiya Prezidenti Vladimir Putin

 

Rusiya və Ukrayna əsas məsələləri öz aralarında həll etməlidirlər, digərləri isə şərait yarada və qarant kimi çıxış edə bilərlər.

Qarabaginfo.az xəbər verir ki, bunu Sankt-Peterburq beynəlxalq iqtisadi forumunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə səylərini şərh edərkən bildirib.

Putin vurğulayıb ki, Ukraynanın infrastruktura hücumları Rusiyaya müəyyən ziyan vurur.

Onun sözlərinə görə, bu, yalnız bir şey deməkdir, belə ki, Rusiya hava hücumundan müdafiəsini gücləndirməlidir.

Putin əlavə edib ki, hazırda və yaxın gələcəkdə Rusiya iqtisadiyyatı üçün heç bir təhdid görmür.

O, Ukraynadakı hərbi əməliyyatların Rusiya öz məqsədlərinə çatdıqda başa çatacağını vurğulayıb.


Geri dön