Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Merz: Avropa Rusiya ilə Ukraynaya dair danışıqlara hazırdır
Ana Sayfa > Karusel / Dünya > Merz: Avropa Rusiya ilə Ukraynaya dair danışıqlara hazırdır

Merz: Avropa Rusiya ilə Ukraynaya dair danışıqlara hazırdır


Dünən, 21:40. Yazar: Admin

Almaniya kansleri Fridrix Merz

 

Avropa Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlara hazırdır.

Qarabaginfo.az Almaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Monteneqronun Tivat şəhərində keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Kanslerin sözlərinə görə, belə bir formatda avropalıların danışıqlar masasında təmsil olunması tamamilə təbiidir.

Merz bildirib ki, Ukraynada sülhün bərqərar olması Avropanın fundamental maraqlarına cavab verir.

“Avropa tərəfdən danışıqlara hazır olmaq baxımından heç bir çatışmazlıq olmayacaq”, – deyə Almaniya kansleri əlavə edib.

O həmçinin qeyd edib ki, iyunun 7-də Londonda Almaniya, Böyük Britaniya və Fransanın daxil olduğu E3 formatında görüş keçiriləcək. Görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski ilə növbəti addımlar müzakirə olunacaq.


Geri dön