Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Ana Sayfa > Karusel / Kriminal > “BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib

“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib


Bu gün, 17:34. Yazar: Admin

“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı “BakıKart”ın operatoru olan “K Group” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Qarabaginfo.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, tənzimləyici tərəfindən 02.06.2025 - 03.07.2025-ci il tarixlərində “K Group” MMC-də keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq, “K Group” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 4 000 manat məbləğində cərimə edilib.


Geri dön