Ana Sayfa > Karusel / Dünya > Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib

Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib


Bu gün, 08:14. Yazar: Admin

Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Gürcüstan və 67 ölkənin həmmüəllifi olduğu qətnamə qəbul edilib.

Qarabaginfo.az xəbər verir ki, “Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” sənəddə bütün qaçqın və məcburi köçkünlərin Gürcüstanın işğal altında olan ərazilərinə qayıtması hüququ növbəti dəfə təsdiqlənib.

Qətnaməni rekord sayda - 107 ölkə dəstəkləyib, 8-i əleyhinə səs verib, 55-i isə səsvermədən imtina edib.

Gürcüstanla bağlı sənədin lehinə səs verən ölkələr arasında Azərbaycan da yer alıb.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "X" hesabında qətnaməni dəstəkləyən ölkələrə təşəkkürünü bildirib.

Qeyd edək ki, BMT Baş Aassambleyasında Gürcüstanla bağlı analoji qətnamə 2008-ci ildən etibarən qəbul edilir. Azərbaycan həmin ildən davamlı şəkildə sənədin lehinə səs verir.


Geri dön