“ABŞ ordusu Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini mina təmizləyən gəmilərindən istifadə etməklə başa çatdırıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, ABŞ və İran razılığa gələrsə, Hörmüz boğazı dərhal açılacaq.
"Boğaz dərhal açılacaq və biz mina təmizləmə əməliyyatlarının əksəriyyətini başa çatdırmışıq. Bizim yüksək texnologiyalı mina təmizləmə gəmilərimiz var", - Tramp bildirib.