Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin bildirib ki, Ermənistanda Aİ-yə üzvlük prosesi ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb
Ana Sayfa > Karusel / Dünya > Putin bildirib ki, Ermənistanda Aİ-yə üzvlük prosesi ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb

Putin bildirib ki, Ermənistanda Aİ-yə üzvlük prosesi ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb


4-06-2026, 22:41. Yazar: Admin

 

Picture background

“Ermənistanın hazırkı baş nazirinin arxasında duran siyasi qüvvələr uzun müddətdir ki, Qərb standartlarını dəstəkləyirlər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, hər bir suveren ölkənin prioritet, dəyərli standart və tərəfdaş hesab etdiyi şeyi seçmək hüququ var.

Putin qeyd edib ki, Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbul edilməsi Rusiyada narahatlıq yaradıb.

"Bu qərar özlüyündə Ermənistanın hüququdur. Lakin Ermənistan Avrasiya İqtisadi İttifaqının bir hissəsidir və bunlar fərqli standartlardır", - o deyib.

Vladimir Putin vurğulayıb ki, Rusiya Aİ və Avrasiya İqtisadi İttifaqının tarixi perspektivdə eyni standartlara sahib olmasını istəyərdi.

"Və o zaman bu, geniş iqtisadi məkan olardı. Lakin buna indi nail olmaq mümkün deyil", - Putin əlavə edib.


Geri dön