Ana Sayfa > Karusel / Siyasət > Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib

Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib


Dünən, 22:38. Yazar: Admin

Picture background

“Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olub, indi də var”.

Qarabaginfo.az xəbər verir ki, bunu Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində xarici media orqanlarının rəhbərlərinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Azərbaycanla münasibətlər müsbət məcrada inkişaf edir.

Putin Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə strateji əməkdaşlıq müqaviləsinin təkmilləşdirilməsi üçün xeyli səy göstərdiyini deyib.

O, prezident İlham Əliyevlə görüşəcəyini də açıqlayıb.

Putin Rusiyanın İlham Əliyevə Rusiya humanitar yardımının İrana göndərilməsində göstərdiyi köməyə görə minnətdar olduğunu bildirib.

"Mən Azərbaycanla Rusiya arasında münasibətləri yaxşı qiymətləndirirəm. Həm siyasi, həm də iqtisadi baxımdan həmişə yaxşı münasibətlərimiz olub. Prezident Əliyev strateji qarşılıqlı fəaliyyət haqqında müqaviləyə konkret məzmun vermək üçün çox səy göstərir. Azərbaycan iqtisadiyyatına 10 milyard rubldan çox Rusiya investisiyası qoymuşuq. Humanitar məsələlərdə sıx əməkdaşlığımız var", - Putin əlavə edib.


Geri dön