Ana Sayfa > Karusel / Səhiyyə > Dünyanın 200-ə yaxın LOR mütəxəssisi Bakıda - Fotolar

Dünyanın 200-ə yaxın LOR mütəxəssisi Bakıda - Fotolar


Bu gün, 20:49. Yazar: Admin

dunyanin-200-e-yaxin-lor-mutexessisi-bakida

03-04 iyun tarixlərində Bakıda Hilton Oteldə Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Foniatriyada yeni üfüqlər” mövzusunda Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 4-cü, Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyətinin 1-ci Beynəlxalq konqresi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Konqres “Avropa Foniatrlar İttifaqı”, Türkiyə Cümhruiyyətindən “Kulak, burun, boğaz ve baş boyun cerrahisi derneği”, “Ses, konuşma, yutma bozuklukları derneği”, “Professional Ses Derneği” və “Laringoloji derneği” kimi elmi cəmiyyətlərlə birlikdə keçirilməklə, hədəfi səs problemlərinin müayinə və müalicə üsullarının geniş şəkildə müzakirəsindən ibarətdir. Konqresin proqramına bu problemlərin ələ alınacağı 10 elmi panel daxil edilib.

200-ə yaxın otorinolarinqoloqun iştirakı ilə keçirilən konqresin məruzəçiləri arasında Türkiyə, ABŞ və Azərbaycandan 40-a yaxın otorinolarinqoloq və loqopedlər yer alıb.

Konqresin ilk günü Avropa Foniatrlar İttifaqının Prezidenti Prof.Dr. Haldun Oğuz, DoctorVOX səs terapiyası üsulunun müəllifi Dosent Dr. İlter Denizoğlu, və Avropa Foniatrlar İttifaqı idarə heyətinin üzvü Dosent Dr. Ramil Həşimlinin səs xəstəkiklərinin müalicəsində ən geniş istifadə olunan “Səs terapiyası tətbiqi” haqda geniş bir müzakirəli interaktiv kurs keçirilib. Kursda Həkim-otorinolarinqoloqlarla bərabər defektoloq-loqopedlər, sənətçilər, Milli konservatoriyanın müəllim-tələbə heyəti də iştirak edib.

4 iyun səhər Konqresin rəsmi açılış mərasimi keçirilib. Gün ərzində qırtlağın xoş və bəd xassəli törəmələri, iflicləri, uşaqlarda disfoniyalar, audio-vestibulyar diaqnostika yenilikləri, foniatriyada süni zəka tətbiqi və s. kimi müxtəlif səs problemlərinin müayinə və müalicəsinə həsr olunmuş 7 panellə elmi proqram davam edəcəkdir.

05 iyun 2026-cı il tarixində Qarabağ Universiteti ev sahibliyi ilə “1-ci Qarabağ Səs Konqresi” də keçiriləcəkdir.

Konqresin keçirilməsində məqsəd yerli və xarici mütəxəssislərlə (həkimlər, incəsənət xadimləri) bərabər professional səsin müxtəlif aspektlərini, Azərbaycan musiqisi, muğam və milli vokal üslubunun xüsusiyyətlərini elmi yöndən müzakirə etmək, gələcək elmi araşdırmalar üçün ortaq platforma qurmaqdan ibarətdir. Bu il keçiriləcək ilk konqresin əsas mövzusu professional səsin müxtəlif aspektləri, ömür boyu sağlam səslə performans, səs-vokal elmində elmi tədqiqat imkanlarına həsr olunub. Yuxarıda qeyd edilən elmi cəmiyyətlərin nümayəndələri burda da iştirak edəcəklər.

Konqres Səhiyyə Nazirliyinin Elmi-tibbi şurası tərəfindən 13 DTT krediti ilə akkreditasiya edilmişdir və LOR Hospitalın baş sponsorluğu ilə keçirilir.







 


Geri dön