Ana Sayfa > Karusel / Siyasət > Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib


Bu gün, 20:30. Yazar: Admin

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Azərbaycan biznes dialoqu keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə çıxış edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iki ölkə arasında siyasi, ticarət-iqtisadi əlaqələrinin inkişaf templəri, ortaq layihələr, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq barədə danışıb.

Rusiya ilə Azərbaycan arasında ticarətdə milli valyutalarla aparılan əməliyyatların həcminin artdığı qeyd olunub.

Bildirilib ki, Rusiya-Azərbaycanla ikitərəfli əlaqələri kompleks şəkildə inkişaf etdirməyi hədəfləyir.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iki ölkə arasında siyasi dialoqun inkişafından danışıb.

Səfir bildirib ki, Bakı və Moskva hazırda ikitərəfli münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsinin aktiv mərhələsindədir.

O, çıxışında ikitərəfli gündəliyin bütün sahələrində müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib.

Səfir təsdiq olaraq, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iyul ayında Moskvaya qarşıdan gələn işgüzar səfərini, iyulun ortalarında Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclasının və bu payızda keçirilməsi planlaşdırılan Azərbaycan-Rusiya Regionlararası Forumunun keçiriləcəyini bildirib.

R. Mustafayev onu da əlavə edib ki, təhlükəsizlik və hüquq-mühafizə orqanları arasında da aktiv dialoq və qarşılıqlı fəaliyyət aparılır.

Səfir çıxışında Rusiya Federasiyasındakı Azərbaycan icmasının vəziyyətinə də toxunub və qeyd edib ki, Rusiyadakı Azərbaycan icmasının – həm Rusiya, həm də Azərbaycan vətəndaşlarının – rifahı və onların hüquq və mənafelərinə riayət olunması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

"Bu, bizim üçün çox vacib məsələdir və biz Rusiya Xarici İşlər Nazirliyinin buna diqqət yetirməsinə ümid edirik. Rusiyadakı Azərbaycan icması dost ölkələrimiz və xalqlarımız arasında dialoq və əməkdaşlıqda mühüm amildir", - o deyib.

Tədbirdə Rusiya-Azərbaycan İşgüzar şurasının fəaliyyətindən danışılıb. Qarşılıqlı investisiya qoyuluşu, iki ölkənin biznes dairələrinin əməkdaşlığının müsbət dinamika göstərdiyi qeyd olunub.


Geri dön