Ana Sayfa > Karusel / İqtisadiyyat > ADSEA: Şuşada çirkab suların təmizlənməsi qurğusu inşa edilir

ADSEA: Şuşada çirkab suların təmizlənməsi qurğusu inşa edilir


Bu gün, 12:52. Yazar: Admin

Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev

 

Hazırda Şuşa şəhərinin yağış və çirkab sularının təmizləyici qurğusunun tikinti işləri aparılır.
Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə mediaturu çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.

O qeyd edib ki, qurğu şəhərin yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulub:

“Yağış suları 1200 millimetr diametrli borular vasitəsilə yığılır və təmizləyici qurğuya verilir. Eyni zamanda, 600 millimetr diametrli borular vasitəsilə çirkab suları yığılır və çirkab su təmizləyici qurğusuna ötürülür. Orada normativlərə uyğun şəkildə təmizlənir və ondan sonra Qarqar çayına axıdılır ki, həmin sudan növbəti mərhələdə suvarma məqsədləri üçün istifadə olunsun.

Çox güman ki, yaxın zamanlarda bu işlər yekunlaşacaq və Şuşa şəhərinin həm yağış sularının yığılması, həm də çirkab sularının yığılması və təmizlənməsi təmin ediləcək”.


Geri dön