Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardım göndərməyə hazırlaşır
Ana Sayfa > Karusel / Dünya > ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardım göndərməyə hazırlaşır

ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardım göndərməyə hazırlaşır


Bu gün, 07:27. Yazar: Admin

ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardım göndərməyə hazırlaşır

Vaşinqton yaxın vaxtlarda Ukraynaya 400 milyon dollar həcmində yeni hərbi yardım paketinin çatdırılmasını planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.

Rubio bildirib ki, yardım paketinin razılaşdırılması ilə bağlı hökumət daxilində koordinasiya artıq aparılıb və yaxın günlərdə bununla bağlı rəsmi açıqlama verilə bilər.

“Bu məsələnin həlli və silahların Ukraynaya çatdırılması ilə bağlı təcili ehtiyac var”, – deyə o qeyd edib.


Geri dön