Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukrayna Avropa ilə öz anti-ballistik sistemini yaratmaq üçün çalışır

Zelenski: Ukrayna Avropa ilə öz anti-ballistik sistemini yaratmaq üçün çalışır


Dünən, 19:16. Yazar: Admin

NATO-nun Baş katibi Mark Rutte, Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ballistik raketlər Ukrayna ilə müharibədə Rusiyanın son arqumenti olaraq qalır.

Qarabaginfo.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan NATO-nun Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı bildirib.

“Ballistik raketləri vurmaq xeyli çətindir, buna görə də Ukrayna hava hücumundan müdafiənin gücləndirilməsi üçün tərəfdaşlardan əlavə dəstək gözləyir”, — Ukrayna dövlət başçısı qeyd edib.

Zelenski əlavə edib ki, Ukrayna Avropa ilə öz antiballistik sisteminin yaradılması üzərində çalışır.


Geri dön