Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp Netanyahunu “dəli” adlandırdığını təsdiqləyib, Livanla davamlı döyüşlərdən narahatlığını bildirib
Ana Sayfa > Karusel / Dünya > Tramp Netanyahunu “dəli” adlandırdığını təsdiqləyib, Livanla davamlı döyüşlərdən narahatlığını bildirib

Tramp Netanyahunu “dəli” adlandırdığını təsdiqləyib, Livanla davamlı döyüşlərdən narahatlığını bildirib


Bu gün, 15:06. Yazar: Admin

İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp “Axios”un İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığına dair məlumatına münasibət bildirib.

Tramp “The New York Post”un “Pod Force One” proqramına müsahibəsində bazar ertəsi günü İsrailin “Hizbullah”la münaqişəsi ilə bağlı telefon danışığı zamanı Netanyahunu “dəli” adlandırdığını təsdiqləyib.

“Mən bunu demişəm. Mən həmişə əsəbiləşirəm”, - Tramp qeyd edib.

ABŞ lideri vurğulayıb ki, Netanyahu daim Livanla döyüşüb və bu, onu bir qədər narahat edib.

“Bir məqamda dedim ki, biz bunu dayandıracağıq”, - o əlavə edib.

Bununla belə Tramp əlavə edib ki, İsrail liderinə hörmət edir və Netanyahu ilə “çox yaxşı” işləyir.


Geri dön