Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Türkiyəli nazir: Zəngəzur dəhlizi üzrə 40 kilometrlik hissənin tamamlanması qalıb
Ana Sayfa > Karusel / Region / İnfrastruktur > Türkiyəli nazir: Zəngəzur dəhlizi üzrə 40 kilometrlik hissənin tamamlanması qalıb

Türkiyəli nazir: Zəngəzur dəhlizi üzrə 40 kilometrlik hissənin tamamlanması qalıb


Bu gün, 12:14. Yazar: Admin

Türkiyəli nazir: Zəngəzur dəhlizi üzrə 40 kilometrlik hissənin tamamlanması qalıb

Azərbaycan tərəfində Zəngəzur dəhlizi üzrə işlər yekunlaşmaq üzrədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir deyib ki, Zəngəzur dəhlizi layihəsi üzrə işlər davam edir və Türkiyə öz hissəsində tikintiyə başlayıb.

O vurğulayıb ki, Türkiyə tərəfində 224 kilometrlik Qars–İğdır–Aralık–Dilucu dəmir yolu xəttinin tenderi keçirilib və işlərə start verilib, Naxçıvandakı təxminən 180 kilometrlik xətt üzrə də bu il işlərin davam etdirilməsi planlaşdırılır.

Uraloğlunun sözlərinə görə, layihədə əsas tamamlanmamış hissə Ermənistan ərazisindən keçən 41–43 kilometrlik Zəngəzur keçididir.

“Azərbaycan tərəfində də işlər yekunlaşmaq üzrədir, bəzi hissələr artıq tamamlanıb. Qalan 41-43 kilometrlik Zəngəzur keçididir, yəni Ermənistan ərazisindən keçən hissə. Bildiyiniz kimi, buna bəzən “Tramp marşrutu” da deyilir. Orada ABŞ və Azərbaycanın razılığı ilə prosesin başlamasını gözləyirik”, - Uraloğlu qeyd edib.

Nazir əlavə edib ki, layihə başa çatdıqdan sonra ümumilikdə 860 kilometrlik nəqliyyat xətti işlək vəziyyətə gətiriləcək və bu, Türkiyə ilə Türk dünyası və Mərkəzi Asiya arasında daha qısa bağlantı yaradacaq.


Geri dön