Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya Ukraynanın 354 PUA-sını vurub, Beynəlxalq İqtisadi Forumun keçirildiyi Sankt-Peterburqda neft terminalı yanır - FOTO
Ana Sayfa > Karusel / Dünya > Rusiya Ukraynanın 354 PUA-sını vurub, Beynəlxalq İqtisadi Forumun keçirildiyi Sankt-Peterburqda neft terminalı yanır - FOTO

Rusiya Ukraynanın 354 PUA-sını vurub, Beynəlxalq İqtisadi Forumun keçirildiyi Sankt-Peterburqda neft terminalı yanır - FOTO


Bu gün, 12:02. Yazar: Admin

Rusiya Ukraynanın 354 PUA-sını vurub, Beynəlxalq İqtisadi Forumun keçirildiyi Sankt-Peterburqda neft terminalı yanır - FOTO - VİDEO

Ötən gecə Rusiya regionları Ukrayna dronlarının ən böyük hücumlarından birinə məruz qalıb.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 354 təyyarə tipli PUA-sını vurub.

Dronların Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Orel, Pskov, Rostov, Smolensk, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası və Azov dənizi üzərində vurulduğu bildirilib.

İlkin məlumatlara görə, Sankt-Peterburqda Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma kompleksi olan Sankt-Peterburq Neft Terminalına zərbə endirilib. PUA-nın hücumundan sonra obyektdə yanğın baş verib.

Kronştadtdakı liman infrastrukturuna da hücum edildiyi bildirilib.

Dronların Estoniyanın ərazi sularından Finlandiya körfəzi üzərində son dərəcə aşağı hündürlüklərdə uçaraq Sankt-Peterburqa zərbə endirdiyi bildirilib.

Xatırladaq ki, bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fəaliyyətə başlayır. Forumun ilk günündə Ukrayna şəhərə və Leninqrad vilayətinə dron hücumu həyata keçirib.

Sankt-Peterburqda PUA hücumu ilə əlaqədar mobil internet kəsintiləri müşahidə olunub.

Qubernator Aleksandr Beqlov hücumun ziyana və tələfata səbəb olduğunu bildirib.

Tambov vilayətinin Miçurinsk şəhərindəki Proqress zavoduna da hücum edilib. Müəssisə təyyarə və raket idarəetmə sistemləri üçün avadanlıq istehsal edir. İlkin məlumatlara görə, PUA hücumundan sonra obyektdə yanğın baş verib.

 


Geri dön