Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əraqçi: İran və Azərbaycan hər zaman qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinə malik olub
Ana Sayfa > Karusel / Dünya > Əraqçi: İran və Azərbaycan hər zaman qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinə malik olub

Əraqçi: İran və Azərbaycan hər zaman qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinə malik olub


Bu gün, 08:14. Yazar: Admin

Əraqçi: İran və Azərbaycan hər zaman qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinə malik olub

"İran İslam Respublikası və Azərbaycan Respublikası iki qonşu və müsəlman xalqın dərin tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanaraq, hər zaman qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinə malik olub".

Qarabaginfo.az-ın xəbərə görə, bu barədə xarici işlər naziri Seyid Abbas Əraqçinin Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə həmkarı Ceyhun Bayramova ünvanladığı təbrik mesajında deyilir.

"Məmnunluq doğuran haldır ki, hər iki ölkənin rəhbərləri xalqlarımızın arzu və istəklərinin həyata keçirilməsi istiqamətində hər zaman səylə çalışıb və bunun nəticəsində ölkələrimiz arasında münasibətlər gündən-günə inkişaf və tərəqqi yolunda irəliləyib.

Məmnunluqla qeyd edirəm ki, bu dinamik inkişaf prosesi ikitərəfli, regional və beynəlxalq səviyyələrdə müxtəlif mövzuları və ortaq maraqları əhatə edərək, daha da möhkəmlənir və sürət qazanır", - Əraqçi qeyd edib.

İranın XİN rəhbəri o cümlədən Azərbaycan hökumətinə və xalqına rifah, xoşbəxtlik və firavanlıq arzulayıb.


Geri dön