Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib
Ana Sayfa > Karusel / Dünya > ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib

ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib


Bu gün, 08:12. Yazar: Admin

ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib.

Qarabaginfo.az xəbər verir ki, sanksiyalardan təsirlənən ticarət platformalarına “Nobitex”, “Wallex”, “Bitpin” və “Ramzinex” daxildir.

Məlumata görə, bu platformalar sanksiyalardan yayınmaq üçün istifadə edilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə “Nobitex” İranın rəqəmsal aktiv əməliyyatlarının 50%-dən çoxunu, o cümlədən İran Mərkəzi Bankı və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün əməliyyatları idarə edib.

Bu ticarət platformasının təsisçiləri və yüksək vəzifəli menecerləri arasında olan dörd İran vətəndaşı da sanksiyalara məruz qalıb.


Geri dön