Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran ABŞ-ın Bəhreyndəki bazasına hücum edib
Ana Sayfa > Karusel / Dünya > İran ABŞ-ın Bəhreyndəki bazasına hücum edib

İran ABŞ-ın Bəhreyndəki bazasına hücum edib


Bu gün, 08:09. Yazar: Admin

İran ABŞ-ın Bəhreyndəki bazasına hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qəşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki ABŞ hərbi hava bazasına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

"Digər bir təcavüz aktı olaraq, ABŞ Qəşm adasının cənubunda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus rabitə qülləsinə hava hücumu etdi. Bu təcavüzə cavab olaraq, regional ölkədə yerləşən onların hava bazası və vertolyot meydançası, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı SEPAH Aerokosmik Qüvvələrinin raketləri və dronları ilə vuruldu", - məlumatda deyilir.

 


Geri dön