Ana Sayfa > Karusel / Dünya > Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq


Bu gün, 08:21. Yazar: Admin

İsrailin Baş naziri Benyamin Netanyahu

 

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla söhbətində Beyruta zərbələr endirə biləcəklərini bildirib.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş nazirin ofisi məlumat yayıb.

Netanyahu açıqlamasında qeyd edib ki, əgər “Hizbullah” İsrail ərazisi və vətəndaşlarına hücumları dayandırmasa, İsrail Beyrutdakı terror hədəflərinə zərbələr endirəcək.

Onun sözlərinə görə, İsrailin mövqeyi dəyişməz olaraq qalır və ölkə ordusu Livanın cənubunda əməliyyatlarını plan üzrə davam etdirəcək.


Geri dön