Ana Sayfa > Karusel / Region > Pezeşkian: İran Hörmüz boğazında Yaponiya gəmilərinin təhlükəsiz keçidi üçün addımlar atacaq

Pezeşkian: İran Hörmüz boğazında Yaponiya gəmilərinin təhlükəsiz keçidi üçün addımlar atacaq


Dünən, 22:08. Yazar: Admin

Yaponiya Baş naziri Sanae Takaiçi, İran Prezidenti Məsud Pezeşkian

 

İran Prezidenti Məsud Pezeşkian Yaponiya Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.

IRNA agentliyinin xəbərinə görə, Pezeşkian Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinə hazır olduqlarını bildirib.

Yaponiya Baş naziri Hörmüz boğazında gəmilərin hərəkətinin tam bərpasına çağırış edib.

İran Prezidenti qeyd edib ki, əsas problem ABŞ-ın İranın dəniz daşımaları və ticarətinə tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır: “Əsas problem ABŞ-ın İranın gəmiçilik və ticarət fəaliyyətinə qarşı tətbiq etdiyi məhdudiyyətlər və maneələrdən qaynaqlanır”.

O əlavə edib ki, İran Yaponiya gəmilərinin təhlükəsiz keçidi üçün addımlar atacaq: “Yaponiya gəmilərinin problemsiz və daha rahat keçidini təmin etməyə çalışacağıq”.


Geri dön