Ana Sayfa > Karusel / Dünya > Azərbaycanla Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr yaradılıb - FOTO

Azərbaycanla Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr yaradılıb - FOTO


Dünən, 22:05. Yazar: Admin

Cim Lipve, Tofiq Musayev

 

Bu gün Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziya Federativ Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Cim Lipve tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb.

Bu barədə Qarabaginfo.az-a Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Birgə Kommünikedə Azərbaycan Respublikasının və Mikroneziya Federativ Ştatlarının ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətində olduqları ifadə olunur.

Sənəddə həmçinin vurğulanıb ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.

Qeyd olunub ki, daimi nümayəndələr həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün BMT Baş katibinə məktub ünvanlayıblar.


Geri dön