Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Nazir: Qırğız Respublikası transsərhəd enerji dəhlizlərinin inkişafı üzrə birgə layihələrdə iştirak etməyə hazırdır
Ana Sayfa > Karusel / Siyasət > Nazir: Qırğız Respublikası transsərhəd enerji dəhlizlərinin inkişafı üzrə birgə layihələrdə iştirak etməyə hazırdır

Nazir: Qırğız Respublikası transsərhəd enerji dəhlizlərinin inkişafı üzrə birgə layihələrdə iştirak etməyə hazırdır


Bu gün, 17:41. Yazar: Admin

 

Qırğız Respublikasının energetika naziri Taalaybek İbrayev

 

Qırğız Respublikası hidroenergetika, günəş və külək enerjisi, enerji infrastrukturunun modernləşdirilməsi, eləcə də transsərhəd enerji dəhlizlərinin inkişafı sahələrində birgə layihələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Qırğız Respublikasının energetika naziri Taalaybek İbrayev bildirib.

"Əminəm ki, regional əməkdaşlığın daha da möhkəmləndirilməsi Mərkəzi Asiyanın dayanıqlı enerji inkişafı sahəsində aparıcı regionlardan birinə çevrilməsinə imkan verəcək, dövlətlərimizin enerji təhlükəsizliyini təmin edəcək və bütövlükdə regionun rifahına xidmət göstərəcəkdir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Qırğız Respublikası regional əməkdaşlığı qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün ən mühüm alətlərdən biri kimi qiymətləndirir.

"Qırğız Respublikası enerji keçidinin sürətləndirilməsinə yönəlmiş yeni regional təşəbbüslərə xüsusi əhəmiyyət verir", - Taalaybek İbrayev vurğulayıb.


Geri dön