Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pərviz Şahbazov: Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionu yeni enerji məkanına çevrilir
Ana Sayfa > Karusel / Siyasət > Pərviz Şahbazov: Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionu yeni enerji məkanına çevrilir

Pərviz Şahbazov: Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionu yeni enerji məkanına çevrilir


Bu gün, 17:21. Yazar: Admin

Pərviz Şahbazov: Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionu yeni enerji məkanına çevrilir

Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionu yeni enerji məkanına çevrilir.

Qarabaginfo.az xəbər verir ki, bunu Mərkəzi Asiya üçün Enerji Keçidi İnvestisiya Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Nazirin sözlərinə görə, qlobal enerji sistemi sürətli transformasiya mərhələsindən keçir və enerji təhlükəsizliyi, iqlim məqsədləri, texnoloji innovasiyalar və artan enerji tələbatı qlobal enerji gündəmini formalaşdıran əsas amillərə çevrilib.

Pərviz Şahbazov qeyd edib ki, süni intellekt və məlumat mərkəzlərinin inkişafı nəticəsində enerji tələbatı sürətlə artır, bu isə yeni enerji istehsal gücləri ilə yanaşı, elektrik şəbəkələrinin genişləndirilməsini və modernləşdirilməsini zəruri edir.

Onun sözlərinə görə, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü olan APREC platforması Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpa olunan enerji əsaslı inteqrasiyanı sürətləndirərək yeni enerji və investisiya platformasının formalaşdırılmasına xidmət edir.

Nazir bildirib ki, bu istiqamətdə həyata keçirilən ən mühüm layihə Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizidir. O xatırladıb ki, iki il əvvəl Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri arasında bu layihə üzrə strateji tərəfdaşlıq sazişi imzalanıb.

Pərviz Şahbazov vurğulayıb ki, bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı Prezident İlham Əliyevin Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Xəzər regionunu vahid geosiyasi məkan kimi formalaşdırmaq baxışının mühüm tərkib hissəsidir.

Nazirin sözlərinə görə, Azərbaycan eyni zamanda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır. Tədbir çərçivəsində iqlim dayanıqlılığı, biomüxtəliflik, Xəzər dənizində səviyyə dəyişiklikləri, dayanıqlı şəhərlər və bərpa olunan enerji məsələləri əsas müzakirə mövzuları olacaq.

Pərviz Şahbazov bildirib ki, enerji keçidinə investisiyaların təşviqi, regional əməkdaşlığın genişləndirilməsi və Mərkəzi Asiyanın qlobal yaşıl enerji gündəmində mövqeyinin gücləndirilməsi forumun əsas məqsədlərindəndir. O, həmçinin Türkiyəyə COP31 sədrliyində uğurlar arzulayıb.


Geri dön