Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran və ABŞ-dan mühüm addım –Razılaşma BMT qətnaməsi ilə rəsmiləşə bilər
Ana Sayfa > Karusel / Region > İran və ABŞ-dan mühüm addım –Razılaşma BMT qətnaməsi ilə rəsmiləşə bilər

İran və ABŞ-dan mühüm addım –Razılaşma BMT qətnaməsi ilə rəsmiləşə bilər


Bu gün, 16:39. Yazar: Admin

 

İran və ABŞ əldə ediləcək sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsində təsbitini müzakirə edir. 

Qarabaginfo.az bildirir ki, Mehrnews-un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqhayi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, İran və ABŞ müharibənin sona çatması ilə bağlı mümkün razılaşmaya BMT Təhlükəsizlik Şurasının qətnaməsində əksini müzakirə edirlər: “Biz hələ də ümumi müddəaları müzakirə edirik. Bu 14 bənd yalnız əsas maddələri, o cümlədən razılaşma əldə edildiyi təqdirdə hüquqi müdafiəni təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi formasında olması lazım olduğu müddəasını əhatə edir”, – deyə o bildirib.

Bagayi həmçinin qeyd edib ki, Livanda atəşkəs müharibənin sona çatması ilə bağlı istənilən razılaşmanın ayrılmaz hissəsidir.


Geri dön