Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > 900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Ana Sayfa > Karusel / Sosial > 900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb

900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb


Bu gün, 15:58. Yazar: Admin

900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 884 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Bu barədə Qarabaginfo.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.

"Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 964 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb", - məlumatda qeyd edilib.


Geri dön