Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > 184 dərmanın qiymətinin yuxarı həddi tənzimlənib
Ana Sayfa > Karusel / Səhiyyə > 184 dərmanın qiymətinin yuxarı həddi tənzimlənib

184 dərmanın qiymətinin yuxarı həddi tənzimlənib


Bu gün, 15:20. Yazar: Admin

184 dərmanın qiymətinin yuxarı həddi tənzimlənib

Tarif Şurasının iclası keçirilib.

Şuradan Qarabaginfo.az-a verilən məlumata görə, iclasda 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.

Bildirilib ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.


Geri dön