Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qubanın 3 kəndinin adı dəyişdirilib
Ana Sayfa > Karusel / İnfrastruktur > Qubanın 3 kəndinin adı dəyişdirilib

Qubanın 3 kəndinin adı dəyişdirilib


Bu gün, 15:03. Yazar: Admin

Qubanın 3 kəndinin adı dəyişdirilib

Quba rayonunun 3 kəndinin adı dəyişdirilib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.


Geri dön