Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Makron Trampla Yaxın Şərqi müzakirə edib
Ana Sayfa > Karusel / Dünya > Makron Trampla Yaxın Şərqi müzakirə edib

Makron Trampla Yaxın Şərqi müzakirə edib


Bu gün, 14:21. Yazar: Admin

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp

 

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, Makron bu barədə sosial şəbəkə hesabında bildirib.

Fransa lideri Trampın ABŞ-la İran arasında tezliklə razılaşma əldə olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib: “Bu, regionun uzunmüddətli sabitləşməsinə imkan verəcək və bütün maraqlı tərəfləri əhatə edən yeni təhlükəsizlik çərçivəsinin qurulması üçün unikal fürsətdir”.

Makron qeyd edib ki, Fransa və tərəfdaşları bu prosesə tam dəstək verməyə hazırdır.

“Britaniya və tərəfdaşlarımızla birlikdə yaratdığımız beynəlxalq missiyanın məqsədi də budur. Razılaşma əldə olunan kimi Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinə töhfə vermək üçün bu missiya fəaliyyətə başlamağa hazırdır”, - Fransa lideri vurğulayıb.

O əlavə edib ki, Fransa mümkün razılaşmanın, xüsusilə nüvə məsələləri ilə bağlı danışıqlar hissəsində də öz təcrübə və imkanlarını təqdim etməyə hazırdır.

Makron həmçinin Trampın Livanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini alqışladığını bildirib: “Davamlı atəşkəsin təmin olunması və Livan hakimiyyətinə kollektiv dəstəyin davam etdirilməsi vacibdir”.


Geri dön