Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Esvatininin Baş naziri Azərbaycan Prezidentini təbrik edib
Esvatininin Baş naziri Azərbaycan Prezidentini təbrik edibBu gün, 14:07. Yazar: Admin |
|
Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Qarabaginfo.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Zati-aliləri. Əlahəzrət Kral III Msvati, Kraliça Ana, Esvatini Krallığının Hökuməti və xalqı adından Azərbaycan Respublikanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram. Esvatini Krallığı Azərbaycanın inkişaf yolunda əldə etdiyi irəliləyişi, beynəlxalq miqyasda mövqeyini, xalqın iradəsini, mətanətini təqdir edir. Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycan getdikcə daha da artan, qlobal əhəmiyyətə malik mövqeyə yüksəlmişdir və xalqınızın öz ölkəsinin nailiyyətləri ilə fəxr etmək üçün hər bir əsası vardır. Esvatini Krallığı ölkələrimiz arasında mövcud olan çox səmimi dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın rifahı naminə qarşıdakı illərdə bu münasibətləri daha da möhkəmləndirmək niyyətindədir. Bu əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və rifah diləyirəm”. Geri dön |