Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ərgüc Kələntərli Kobaxidze ilə görüşdü
Ana Sayfa > Karusel / Siyasət > Ərgüc Kələntərli Kobaxidze ilə görüşdü

Ərgüc Kələntərli Kobaxidze ilə görüşdü


Bu gün, 12:32. Yazar: Admin

erguc-kelenterli-kobaxidze-ile-gorusdu

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüş keçirib.

Qarabaginfo.az xəbər verir ki, görüş zamanı tərəflər Gürcüstan ilə BMMT arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, eləcə də fövqəladə risklərə qarşı dayanıqlılığın gücləndirilməsi sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

BMMT-nin Baş katibi Gürcüstanın Baş nazirini Təşkilatda həyata keçirilən davamlı islahatlar və modernləşmə prosesi barədə məlumatlandırıb. Görüşdə Təşkilatın daha müasir, fəal və praktiki beynəlxalq əməkdaşlığa yönəlmiş hökumətlərarası platformaya çevrilməsi, üzv dövlətlər, təşkilata üzv olmayan dövlətlər, beynəlxalq tərəfdaşlar və aidiyyəti institutlarla əməkdaşlığın daha da gücləndirilməsi qeyd olunub.

Ərgüc Kələntərli Təşkilatda həyata keçirilən islahatlara və onun strateji inkişaf istiqamətlərinə göstərilən dəstəyə görə Gürcüstanın Baş nazirinə öz minnətdarlığını ifadə edib.

Görüş zamanı Baş katib tərəfindən Gürcüstan, Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarının iştirakı ilə Cənubi Qafqaz regionunda mülki müdafiə sahəsində birgə regional sahə təliminin təşkili təşəbbüsü xüsusilə qeyd olunub. Gürcüstanın Baş naziri bu təşəbbüsə və onun gələcəkdə həyata keçirilməsinə dəstəyini ifadə edib. Növbəti mərhələdə BMMT-nin Baş katibi təşəbbüsün reallaşdırılması istiqamətində Azərbaycanın və Ermənistanın aidiyyəti qurumları ilə müvafiq məsləhətləşmələr aparacaq.

Bundan əlavə, Gürcüstana səfəri çərçivəsində BMMT-nin Baş katibi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsinə cavabdeh olan digər yüksək vəzifəli şəxslərlə də görüşlər keçirəcək.

 


Geri dön