Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > FHN Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə açıq qapı günü keçirib
Ana Sayfa > Karusel / Sosial > FHN Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə açıq qapı günü keçirib

FHN Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə açıq qapı günü keçirib


Bu gün, 12:11. Yazar: Admin

FHN Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə açıq qapı günü keçirib

Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” tədbiri keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb.

Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

 


Geri dön