Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Leyla Əliyevadan fermer qadına incə davranış
Ana Sayfa > Karusel / Gündəm > Leyla Əliyevadan fermer qadına incə davranış

Leyla Əliyevadan fermer qadına incə davranış


Bu gün, 20:57. Yazar: Admin

 

Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO

Fermer Rəftarə Şükürova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

 

Qarabaginfo.az xəbər verir ki, R. Şükürova bu haqda instaqram hesabında yazıb.

O bildirib ki, L. Əliyeva Lənkərana, “Citrus Valley”ə səfəri zamanı yeriməkdə çətinlik çəkdiyini gördükdən sonra ona qolf maşını hədiyyə edib.

“62 yaşımda sükan arxasına oturdum. Bu o deməkdir ki, heç nə üçün gec deyil! Bu o deməkdir ki, insan onun qayğısına qalan, ona diqqət göstərən insanlar olduqca cavanlaşır, özündə yeni güc və enerji tapır.

Əzizim Leyla xanım Əliyeva bağımıza son səfəri zamanı yaşımı va ayaqlarımla bağlı yaşadığım çətinlikləri nəzərə alaraq, bağda rahat hərəkət edə bilməməyimdən narahatlığını ifadə etmişdi. Bu qədər diqqət, bu qədər həssaslıq və incəlik...

Bu gün Leyla xanımın hədiyyəsi mənə çatdırıldı. Bu diqqət mənim üçün sadacə bir hədiyyə deyil. Bu, daha böyük işlər görməyə həvəs, daha çox qadına nümunə olmağa stimul va insanın zəhmətinin qiymətləndirildiyini hiss etməsinin verdiyi gözəl duyğudur.

Səmimi diqqətinə va qayğısına  görə minnətdaram”, - o vurğulayıb.


Geri dön