Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək 
Ana Sayfa > Karusel / Siyasət > Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək 

Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək 


Bu gün, 20:16. Yazar: Admin

Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək - YENİLƏNİB

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.


Geri dön