Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail Livanın cənubunda hərbi əməliyyatları gücləndirib
Ana Sayfa > Karusel / Dünya > İsrail Livanın cənubunda hərbi əməliyyatları gücləndirib

İsrail Livanın cənubunda hərbi əməliyyatları gücləndirib


Bu gün, 20:10. Yazar: Admin

İsrail Livanın cənubunda hərbi əməliyyatları gücləndirib

Livanın cənubunda İsrail ordusunun hərbi əməliyyatları genişlənib.

Qatar News Agency-nin məlumatına görə, İsrail ordusu hava zərbələri endirib, eyni zamanda bir sıra kənd və qəsəbələrə quru əməliyyatlarını artırıb. Əməliyyatlar fonunda strateji əhəmiyyət daşıyan Bofor qalasının (Qalat əl-Şaqif) nəzarətə götürüldüyü bildirilir.

Livanın Milli Xəbər Agentliyi isə xəbər yayıb ki, İsrail hərbi təyyarələri səhər saatlarında Deyr əz-Zəhrani yaşayış məntəqəsində, bələdiyyə binası yaxınlığındakı Əl-Ərəb məhəlləsinə hava zərbələri endirib. Hücum nəticəsində ölən və yaralananın olduğu bildirilir.


Geri dön