ABŞ-ın Türkiyədəki səfiri, İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın səlahiyyət müddəti uzadılıb.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Tramp bildirib ki, Tom Barrak Türkiyədə səfir kimi müstəsna fəaliyyət göstərib və bu vəzifəsini icra etməyə davam edəcək.
Qərarın ABŞ-nin Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığını və artan əlaqələrini daha da gücləndirmək məqsədi daşıdığı qeyd olunub.
Məlumata görə, səfir Barrakın fəaliyyətinin ABŞ Dövlət Departamenti tərəfindən tam dəstəkləndiyi vurğulanıb.