Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatıb
Ana Sayfa > Karusel / Dünya > Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatıb

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatıb


31-05-2026, 19:52. Yazar: Admin

 

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatıb - YENİLƏNİB

Fransada PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra baş verən iğtişaşlar zamanı polisin azarkeşlərə münasibəti sərt olub.

Bu barədə Reuters məlumat yayıb. Parisdə və digər şəhərlərdə təhlükəsizlik qüvvələri iğtişaşların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib, bəzi yerlərdə izdiham dağıdılıb və küçələrdə xüsusi polis qüvvələri yerləşdirilib. Polis avtomobillərin yandırılması, mağazalara ziyan vurulması, fişənglərin polisə atılması və barrikadaların qurulmasına müdaxilə edib.

Qeyd edilir ki, Fransa hökuməti iğtişaşlardan əvvəl geniş təhlükəsizlik planı tətbiq etmişdi. Paris və ətrafında təxminən 22 min polis və təhlükəsizlik əməkdaşı səfərbər olunub. Buna baxmayaraq, bəzi qruplar mağazalara ziyan vurub, avtomobilləri yandırıb və polis bölməsinə daxil olmağa cəhd göstərib.


Geri dön