ABŞ Ukraynanın özünü müdafiə etmək imkanlarını qoruyub saxlamasının tərəfdarıdır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.
Onun sözlərinə görə, Vaşinqton indiyədək Kiyevə mümkün olan dəstəyi göstərib və bundan sonra da yardım mexanizmləri üzərində işləyəcək.
Heqset qeyd edib ki, ABŞ Ukraynanın müdafiə qabiliyyətini saxlaya bilməsi üçün yollar axtarmağa davam edəcək.