ABŞ ordusu may ayının 29-da Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi ehtimal edilən daha bir gəmiyə zərbə endirib.
Qarabaxəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat verib.
"Kəşfiyyat gəminin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - məlumatda deyilir.
Açıqlamada həmçinin zərbə nəticəsində üç nəfərin öldüyü bildirilir.